General kütləvi zorlamalara görə Suriyadan qaçdı

General kütləvi zorlamalara görə Suriyadan qaçdı

14 Yanvar 2012 16:02
Bəyəndim (0) Bəyənmədim (0)
Artıq 20 min nəfər Suriya ordusunu tərk edib

Suriya inqilabı gücləndikcə ölkədə qeyri-qanuni hərəkətlər yayılmağa başlayıb. General Mustafa Əhməd əl Şeyx Suriyanın Hələb şəhərində hərbi kəşfiyyat qarnizonuna rəhbərlik edirdi. Ötən həftə o, bir neçə əsgəri ilə birlikdə Türkiyəyə qaçıb. Hazırda o, ordudan fərarilik etmiş ən yüksək rütbəli Suriya zabiti sayılır.

General qaçışının səbəbinə bu cür aydınlıq gətirib: "Şam şəhərində çoxlu sayda Xüsusi Təyinatlının müxaliflərin birinin 20 yaşlı gəlinini zorladığını gördüm. Hələb şəhərində də tələbələrin başına eyni oyunların açıldığının şahidi oldum. Ona görə də, Əsəd ordusuna və iqtidarına nifrət etdim." Generalın fikrincə, artıq 20 min əsgər ordudan qaçıb. Bəşər Əsəd tərəfdə 280 minlik ordu qalıb. "Əgər qaçmaq üçün "azad zona" yaranarsa, digər əsgərlər də canlarını qurtaracaqlar", - deyə Mustafa Əhməd əl Şeyx bildirib.
Onu da qeyd edək ki, general fərarilərdən ibarət Suriya Azad Ordusunun təşkilati işlərinə yaxından qoşulub.

Qəribə zamandır, artıq fərarilər qəhrəman sayılırlar...

Murad Şahməmmədov

O.M.