Ukrayna Kanada telekompaniyasında işləyən rus jurnalisti ölkəyə buraxmayıb

Ukrayna Kanada telekompaniyasında işləyən rus jurnalisti ölkəyə buraxmayıb

14 Mart 2019 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Kanada telekompaniyasında işləyən və əslən Rusiya vətəndaşı olan jurnalisti 31 martda keçiriləcək prezident seçkilərini işıqlandırmaq üçün ölkəyə buraxmayıb.

Mediainfo.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Kiyevdə keçirilən brifinqdə Dövlət sərhəd xidmətinin rəsmisi Oleq Slobodyan bildirib:"Rusiya vətəndaşı Kanadada yaşayır və telekompaniyada çalışır. O Mərkəzi Seçki Komissiyası tərəfindən akkredasiya edilib. Lakin Rusiya vətəndaşı bundan əvvəl Krımda olub. Ona görə də onun seçkiləri işıqlandırması üçün ölkəyə girişinə icazə verilməyib".

Oleq Slobodyan juranlistin adı və soyadı barədə məlumat verməyib.