Smartfon ilk dəfə kompüter soyutma sistemini aldı
Çin şirkəti Infinix bazara tam su soyutma sisteminə malik ilk smartfonu təqdim edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Android Authority” nəşri məlumat yayıb.
GT 50 Pro modeli, bəzi digər oyunçular üçün nəzərdə tutulmuş cihazlar kimi, su soyutma sisteminə malikdir. Lakin jurnalistlərin qeyd etdiyi kimi, bazara ilk dəfə olaraq oyun kompüterlərində (PK) istifadə olunan soyutma sisteminə bənzər bir sistemə malik telefon çıxıb.
GT 50 Pro-da genişləndirilmiş buxarlanma kamerası var. Həmçinin, qadjetin maye soyutma sistemi, suyun cihazın bütün əsas komponentləri vasitəsilə dövr etməsini təmin edən və istiliyi azaldan mikronasosa malikdir. Infinix, nasosun dəqiqədə 6,5 millilitr həcmində işlədiyini və suyun hərəkətini arxa panelindəki şəffaf kanallar vasitəsilə izləmək mümkün olduğunu vurğulayıb. “Android Authority” müəlliflərinin sözlərinə görə, oxşar soyutma sistemi – yalnız daha böyük ölçüdə – PK-ların temperaturunu aşağı salmaq üçün istifadə olunur.
Cihaz həmçinin MediaTek Dimensity 8400 Ultimate prosessoru, 144 Hz yeniləmə tezliyi və 4500 nit pik parlaqlığına malik 6,78 düymlük displeyə malikdir. Model 6500 milliamper-saat tutumlu akkumulyatorla təchiz olunub. Infinix GT 50 Pro-nun qiyməti açıqlanmayıb.
Almaz Həsənli



























.jpg)











































.jpg)
.jpg)




.jpg)










