Çinin Ticarət Nazirliyi AB-dən ölkə şirkətlərinin Rusiyaya qarşı sanksiyalardan azad edilməsini tələb edib
.
Çinin Ticarət Nazirliyi Avropa Birliyinə xəbərdarlıq edib ki, Pekin Rusiyaya qarşı 20-ci sanksiyalar raunduna daxil olan Çin şirkətlərinin və fərdlərinin maraqlarını qorumaq üçün tədbirlər görəcək.
"Politico"nun məlumatına görə, dünən yayımlanan açıqlamada Çinin Ticarət Nazirliyi AB-ni "təkəbbürlü davranışda" və Çin-Avropa ticarət münasibətlərində gərginliyin artmasında günahlandırıb. Bəyanatda deyilir: "Çin AB-ni dərhal Çin şirkətlərini və fərdlərini sanksiyalar siyahısından çıxarmağa çağırır".
Ötən həftə təsdiqlənən 20-ci raund AB sanksiyalarına daha 20 Rusiya bankı daxil idi. Bundan əlavə, sanksiyalar genişləndirilərək Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli 58 hüquqi şəxs və fərdə, eləcə də Çin və BƏƏ-dən olan şirkətlər də daxil olmaqla 60-dan çox şirkətə şamil edilib.
Əziz MUSTAFA


















.jpg)










































.jpg)
.jpg)






.jpg)













