Almaniya sursat istehsalında ABŞ-ı geridə qoyub

Almaniya sursat istehsalında ABŞ-ı geridə qoyub

11:12
Bəyəndim (1) Bəyənmədim (0)

Armin Papperger Almaniyada hərbi istehsalla bağlı məlumatları dərc edib
Növbəti illərdə silah istehsalı böhran və işdənçıxarma ilə üzləşən Almaniyanın avtomobil sənayesində iş yerlərinin üçdə birini əvəz edə bilər.
Süddeutschen Zeitung qəzetinin məlumatına görə, Rheinmetall şirkətinin baş direktoru Papparger Almaniyanın ənənəvi sursat istehsalı gücünə görə ABŞ-ı geridə qoyduğuna əminlik verib.
Pappergerin məlumatına görə, Almaniyanın ən böyük müdafiə şirkəti hərbi yük maşınlarının istehsalını ildə 600-dən 4500-ə, orta kalibrli sursatları 800.000-dən 4 milyona, artilleriya mərmilərini isə 70.000-dən 1,1 milyona çatdırıb.

O, Almaniyanın ABŞ-dan daha çox ənənəvi sursat (nüvə və ya kimyəvi deyil) istehsal etmək potensialına malik olduğunu iddia etdi.

Papparger proqnozlaşdırır ki, qarşıdakı illərdə silah istehsalı böhran və işdənçıxarma ilə üzləşən Almaniyanın avtomobil sənayesindəki iş yerlərinin üçdə birini əvəz edə bilər.

Rheinmetall hazırda 44.000 nəfəri işlə təmin edir. Bir neçə onillik ərzində şirkət işçi qüvvəsi çatışmazlığı ilə üzləşib, çünki müdafiə sənayesi Almaniyada cəlbedici hesab edilmirdi. Lakin bu tendensiya indi tərsinə çevrilib: 2025-ci ilə qədər Rheinmetall dünya miqyasında namizədlərdən 350.000 müraciət alıb ki, bunlardan 250.000-i Almaniyadandır.

2030-cu ilə qədər Rheinmetall-ın işçi qüvvəsi 70.000-ə qədər arta bilər və təchizat zəncirində daha 210.000 nəfər işlə təmin olunacaq. Bu, Almaniyanın hazırkı avtomobil sənayesindəki ümumi iş yerlərinin təxminən üçdə birini təşkil edəcək.

Papperger qeyd edib ki, Rheinmetall hazırda 11.500 alman təchizatçısı ilə əməkdaşlıq edir, onlardan 4.500-ü avtomobil istehsalçıları ilə də işləyir.

Əvvəllər Rheinmetall-ın gələcəkdə Ukraynada 155 mm-lik artilleriya mərmiləri istehsal edəcək zavodun gücünü ikiqat artırmaq niyyətində olduğu açıqlanmışdı.

Əziz MUSTAFA