Yutubda kanal açıb vətəndaşların suallarını cavablandıracaq

Yutubda kanal açıb vətəndaşların suallarını cavablandıracaq

26 Noyabr 2019 12:26
Bəyəndim (2) Bəyənmədim (0)

Moldova Prezidenti Yutubda canlı yayım vasitəsi ilə vətəndaşların suallarını cavablandıracaq. Oxumeni.az bildirir ki, bu barədə İqor Dodon Feysbuk səhifəsində məlumat verib.

Ölkə başçısı artıq öz izləyicilərini onları maraqlandıran mövzuları şərhlərdə qeyd etməyə çağırıb.

“Bilirəm, vətəndaşların cavabını ölkə başçısından gözlədiyi çoxlu suallar var. Söhbət həmişə siyasətdən getmir. İnsanlar adi həyati mövzularda danışmaq istəyirlər, bilmək istəyirlər ki, bundan sonra necə yaşasınlar. Ona görə də biz xalqa məxsus Prezidentlə ünsiyyət qurmaq üçün əlavə yer açmaq qərarına gəldik”, - Dodon yazıb.

Prezident hər istirahət günü canlı yayıma çıxacaq. Onun sözlərinə görə, onlayn-ünsiyyət mümkün qədər daha çox insanı əhatə etməyə kömək edəcək, o cümlədən Moldovanın sərhədlərindən kənarda yaşayanları.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)