Rusiya yığması Qəbələyə gəlir

Rusiya yığması Qəbələyə gəlir

15 Aprel 2014 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın taekvondo üzrə kişi və qadınlardan ibarət milli komandası aprelin 16-da Qəbələyə gələcək. Məlumata görə, qonşu ölkə yığması mayın 1-də Bakıda start götürəcək Avropa çempionatına Azərbaycan millisi ilə birgə hazırlaşacaq.

Qəbələ Olimpiya Kompleksində baş tutacaq təlim-məşq toplantısı aprelin 26-dək davam edəcək.

Qeyd edək ki, Avropa çempionatına mayın 4-də yekun vurulacaq.