Futbol klubumuz Türkiyədə məşq edir
Bakının "Neftçi" futbol klubu çempionlar Liqasına hazırlığı davam etdirir. Komanda hazırda Türkiyənin Sparta şəhərində təlim-məşq toplanışındadır. Komandanın yarımmüdafiəçisi Rəşad Abdullayev klubun rəsmi saytına müsahibə verib: "Komandada gözəl əhval-ruhiyyə var. Hamı böyük həvəslə məşq edir. Bizim məşqlər çempionlar liqasında öz bəhrəsini verəcək. Azərbaycanı ən nüfuzlu klub turnirində ləyaqətlə təmsil etməyə çalışacağıq".
Təlimdə tər tökən döyüşdə qan tökməz.
Könül Aypara
O.M.
Digər xəbərlər