“Neftçi”yə yeni baş məşqçi təyin olundu
"Neftçi" futbol klubu ukraynalı məşqçi Aleksandr Deriberinlə müqavilə bağlayıb.
Klubun saytı xəbər verir ki, mütəxəssis mövsümün sonuna qədər əsas komandanın məşqçisi vəzifəsində işləyəcək.
Aleksandr Deriberin 1967-ci il fevralın 25-də Maykop şəhərində anadan olub. Futbolçu karyerası ərzində "Drujba Maykop" (1985-1989, 1992-1993), "Spartak Anapa" (1990), "Ximik Beloreçensk" (1991) və "Etalon" (1991) klublarının şərəfini qoruyub. Ukraynanın "Nafkom" (2005-2007), "Zvezda Kirovoqrad" (2010-2011) və "Desna" (2011-2012) klublarında baş məşqçi vəzifəsini yerinə yetirib. Köməkçi məşqçi kimi isə "Niva" (2004-2005) və Ukrayna U-17 milli komandasında (2004-2006, 2008-2010) çalışıb.
Qeyd edək ki, "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətdən sonra baş "Neftçi" klubunun rəhbərliyi Vəli Qasımovu məşqçi postundan uzaqlaşdırmışdı.
Mediainfo.az































.jpg)





.jpg)
.jpg)
.jpg)



































.jpg)
.jpg)
.jpg)











