DÇ: Azərbaycan-Çexiya: 0-0

DÇ: Azərbaycan-Çexiya: 0-0

12 Oktyabr 2016 07:53
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III oyununa çıxaraq, Çexiya ilə qarşılaşıb.

Qrupdakı ilk iki matçında San Marino və Norveç üzərində minimal hesablı qələbələrə sevinərək 100% nəticə göstərən komandamız uğurlu seriyanı davam etdirə bilib.

Səfər oyununda inamla müdafiə olunan millimiz adlı-sanlı rəqibi qarşısında 0:0 hesablı bərabərliyə nail ola bilib.

Bununla da xalını 7-ə yüksəldən Robert Prosineçkinin yetirmələri 3 turdan sonra mübarizəni qol buraxmadan davam etdirir.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, C qrupu

III tur, 11 oktyabr

Çexiya – Azərbaycan - 0:0

Baş hakim: Matey Yuq

Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali

Dördüncü hakim: Mitya Jqaneç (hamısı Sloveniya)

Hakim-inspektor: Manuel Diaz Veqa (İspaniya)

UEFA nümayəndəsi: George Kumas (Kipr)

Ostrava. "Mestiski" stadionu

Mediainfo.az