Məhəmməd Salah “Real Madrid”lə danışıqlar aparıb

Məhəmməd Salah “Real Madrid”lə danışıqlar aparıb

2 Aprel 2018 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah İspaniya təmsilçisi "Real Madrid"lə danışıqlar aparıb.

"Report" "Don Balon"a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu görüş zamanı "Kral klubu"na keçmək üçün şərtlərini irəli sürüb.

O, rəhbərlikdən Kriştianu Ronaldudan sonra madridlilərin ən ödənişli futbolçu olmaq istədiyini bildirib.

Ötən yay 42 milyon avro qarşılığında İtaliyanın "Roma" klubundan alınan misirli forvardın "Liverpul"la 2022-ci ilin yayına qədər müqaviləsi var.

Qeyd edək ki, Salah hazırda İngiltərə Premyer Liqasında bombardirlik yarışına başçılıq edir. O, 31 matçda 29 qol vurub.