Ronaldu ardıcıl 12-ci oyunda fərqlənib və öz rekordunu təkrarlayıb

Ronaldu ardıcıl 12-ci oyunda fərqlənib və öz rekordunu təkrarlayıb

19 Aprel 2018 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

Madridin "Real" klubunun hücumçusu Kriştianu Ronaldu futbol üzrə İspaniya çempionatının 33-cü turunda evdə "Atletiko"nun qapısına qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.

"Santyaqo Bernabeu"da keçirilmiş görüş 1:1 hesabı ilə başa çatıb.

Futbolçu "Real"ın heyətində 12 oyun ardarda qol vurmaqla öz rekordunu təkrarlayıb. Portuqaliyalı hücumçu bu göstəriciyə 2014/2015-ci illər mövsümündə çatıb.

Ronaldunun hesabında ümumilikdə ölkə çempionatının 25 oyununda 24 qol var.(report)