Türkiyə futbolunda qalmaqal: Şenol Günəşin başı yarıldı

Türkiyə futbolunda qalmaqal: Şenol Günəşin başı yarıldı

20 Aprel 2018 06:50
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Fənərbaxça" ilə "Beşiktaş" arasında keçirilən cavab görüşü yarımçıq dayandırılıb. Buna səbəb azarkeşlərin meydana kənar əşyalar atması olub.

İlk dəqiqələrdən aqressiv davranışları ilə diqqət çəkən fanatlar durmadan meydana kənar əşyalar atıblar. 57-ci dəqiqədə isə hədəfdə "Beşiktaş"ın ehtiyat oyunçular skamyası olub. Nəticədə başından xəsarət alan "ağ-qaralar"ın baş məşqçisi Şenol Günəş meydançanı tərk edib. Başı yarılan Günəşə dərhal ilkin tibbi yardım göstərilib və başına 5 tikiş qoyulub. Apasport