De Xea-dan möcüzəli qurtarışlar: "Manşester Yunayted"in 6-cı qələbəsi

De Xea-dan möcüzəli qurtarışlar: "Manşester Yunayted"in 6-cı qələbəsi

13 Yanvar 2019 22:34
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə Premyer liqasında "Mançester Yunayted" qələbələrdən doymaq bilmir.

Mediainfo.az-ın verdiyi xəbərə görə bu dəfə qırmızı şeytanlar səfərdə "Tottenhem"-ə Reşfordun vurduğu qolla qalıb gəliblər. Olduqca gərgin keçən oyunda qırmızı şeytanların qapıçısı ispan De Xea əsl möcüzə göstərib. O azı 10-12 dəfə 100 faizli qol vəziyyətlərindən qapısını xilas edib. Bu isə qapıçı tərəfindən fantastik göstərici hesab edilir. Tottenhem"- "Mançester Yunayted" oyununun qəhrəmanı da De Xea olub.

Beləliklə, Ole-Qunner Sulşerin rəhbərliyi altında "Mançester Yunayted" 6-cı oyununda da qələbə qazanıb.