Kats: Netanyahu İran rəsmilərini razılaşdırma olmadan məhv etməyə icazə verib

Kats: Netanyahu İran rəsmilərini razılaşdırma olmadan məhv etməyə icazə verib

16:06
Bəyəndim (2) Bəyənmədim (0)


İsrail hökumətinin başçısı Binyamin Netanyahu İranın yüksək vəzifəli rəsmilərinə razılaşdırma olmadan hücum etməyə icazə verib. Oxuməni.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti yazıb. Siyasətçinin bu göstərişini ölkənin müdafiə naziri İsrael Kats nəşrə açıqlayıb.
Onun sözlərinə görə, İsrailin baş naziri İsrail Müdafiə Ordusuna (SAXAL) "hər hansı yüksək rütbəli İran rəsmisini məhv etmək" üçün "icazə verib". Üstəlik, bu icazə "əlavə razılaşdırmaya ehtiyac olmadan" verilib.
Bu gün məlum olub ki, SAXAL İranın kəşfiyyat naziri İsmayıl Xatibi məhv edib. Bu barədə məlumat verən İsrailin "12-ci kanalı" qeyd edib ki, "Xatibin əhəmiyyəti" bir gün əvvəl İsrail hücumu nəticəsində həlak olan İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricanidən "xeyli azdır". Bununla belə, İsraildə etiraf edirdilər ki, Xatib digər yüksək rütbəli İran rəsmiləri arasında ölkənin təhlükəsizlik sahəsində şübhəsiz ki, mühüm fiqur idi.
Almaz Həsənli