
"Qalatasaray" "Boluspor"u məğlub edib
"Qalatasaray" Türkiyə kubokunun 1/8 final mərhələsində səfərdə "Boluspor"la qarşılaşıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, oyun qonaqların üstünlüyü şəraitiundə keçib.
Matçda qapılara bir qol vurulub. Kobud oyuna görə meydan sahiblərinin qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini Səlçuk İnan 42-ci dəqiqədə qola çevirib. Bu qol qonaqlara qələbə gətirib. Komandalar arasında cavab oyunu yanvarın 29-da İstanbulda keçiriləcək.
Bu arada isə evdə "Kayserispor"la heç-heçə edən "Akhisarspor" səfərdə 2:1 hesabı ilə qalib gəlməsi nəticəsində Türkiyə kubokunda ilk 1/4 finalçı olub.
Digər xəbərlər