
"Mançester Yunayted"i dayandıran tapılmır
İngiltərə kubokunda 1/16 final mərhələsinə start verilib.
İlk oyun günündə iki görüş keçirilib.
"Arsenal" öz meydanında "Mançester Yunayted"i qəbul edib. Rəqibini 3:1 hesabı ilə üstələyən "qırmızı şeytanlar" növbəti mərhələyə adlayıb. Bununla da Mançester təmsilçisi yeni baş məşqçi Ole-Qunnar Sulşerin gəlişindən sonra ardıcıl 8-ci matçında da qələbə qazanıb.
26 yanvar
"Arsenal" - "Mançester Yunayted" - 1:3
Qollar: Sançes, 31 (0:1), Linqard, 33 (0:2), Obameyanq, 43 (1:2), Marsial, 82 (1:3)
"Bristol Siti" - "Bolton" - 2:1
Qollar: Beevers, 6 (0:1) Odovda, 8 (1:1), Eliasson, 30 (2:1)
Qol.az
Digər xəbərlər