"Tottenhem" səfərdə, "Lester" evdə uduzdu
İngiltərə Premyer Liqasında 27-ci turun oyunları davam edir.
Ötən gün daha 4 görüş keçirilib.
"Tottenhem" səfərdə "Bernli"yə uduzub. "Bornmut" - "Vulverhempton" matçında qalib müəyyənləşməyib. "Nyukasl" öz meydanında "Haddersfild"i üstələyib. "Lester" isə doğma meydanda "Kristal Pelas"a böyük hesabla uduzub.
23 fevral
İngiltərə Premyer Liqası, 27-ci tur
"Bernli" - "Tottenhem" - 2:1
Qol:Vud, 57, (1:0), Keyn, 65 (1:1), Barnes, 83 (2:1)
"Bornmut" - "Vulverhempton" - 1:1
Qol:Kinq, 14-pen. - Raul Ximenes, 83
"Nyukasl" - "Haddersfild" - 2:0
Qol:Rondon, 46; Peres, 52
"Lester" - "Kristal Pelas" - 1:4
Qollar: Evans, 64 - Batşuayi, 40, Zaha, 70, 90+3, Milivoyeviç, 81-pen.
Qeyd edək ki, turnir cədvəlinə 65 xalla "Mançester Siti" başçılıq edir. Eyni xala malik "Liverpul" 2-ci, "Tottenhem" isə 60 xalla 3-cüdür. (qol.az)