İranda baş verən qəzada 28 nəfər ölüb

İranda baş verən qəzada 28 nəfər ölüb

14 Noyabr 2019 12:30
Bəyəndim (1) Bəyənmədim (0)

İranda 28 nəfərin ölümü, 21 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxumeni.az-ın İLNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Bəlucistan vilayətində iki mikroavtobus toqquşub. Qəza nəticəsində 28 nəfər ölüb, 21 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Onların hamısı Əfqanıstan vətəndaşıdır.

Qeyd olunur ki, qəza əfqanların qanunsuz yolla İrana keçmək istədiyi ərazidə baş verib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)