Dubayın Beynəlxalq hava limanı güclü yağışlar nəticəsində su altında qaldı + Video

Dubayın Beynəlxalq hava limanı güclü yağışlar nəticəsində su altında qaldı + Video

13 Yanvar 2020 01:48
Bəyəndim (0) Bəyənmədim (0)

Dubayın Beynəlxalq hava limanında güclü yağışlar ucbatından uçuş-enmə zolağını su basıb.

“Gulf News” xəbər verir ki, hava limanının administrasiyası 22 reysin təxirə salındığını bildirib.

Aeroporta gedən yollarda böyük tıxaclar yaranıb. Dubay rəhbərliyi sərnişinləri vaxtından əvvəl hava limanına gəlib reys haqqında məlumat əldə etməyə çağırıb.

Uçuş-enmə zolağını su basdığına görə, təyyarələrin əksəriyyəti qonşu Əl-Maktum hava limanında enməyə məcbur olublar.

Dubay hava limanı BƏƏ-nin və bütün Fars körfəzi regionunun ən iri aeroportu sayılır. O ildə 80 milyon sərnişin və 2 milyon ton yük qəbul etmək iqtidarındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)