Daşqınlar nəticəsində ölənlərin sayı 100-ə çatıb

Daşqınlar nəticəsində ölənlərin sayı 100-ə çatıb

15 Yanvar 2020 20:36
Bəyəndim (1) Bəyənmədim (0)

Pakistanda yağışlar, sel və daşqınlar nəticəsində Azad Kəşmir və Bəlucistanda ölənlərin sayı 100-ə çatıb. Təxminən o qədər də yaralı olduğu bildirilir.

Oxumeni.az Pakistan mətbuatına istinadla xəbər verir ki, bu əyalətlərdə insanların təbii fəlakət zonalarından xilas olunması və onlara kömək göstərilməsi işləri davam edir. Pakistanın təbii fəlakət zonalarında təxminən 200 ev yararsız hala düşüb. Bu zonalarda ümumilikdə 2000 çadırdan ibarət şəhərciklər qurulub. Zərər çəkənlərə ərzaq, adyal, isti paltarlar verilir.

Bəlucistan əyalətinin yeddi dairəsində fövqəladə vəziyyət elan olunub, orada da zərər çəkənlərə yardımlar edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az