ABŞ-da güclü partlayış olub + VİDEO

ABŞ-da güclü partlayış olub + VİDEO

24 Yanvar 2020 16:57
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Texas ştatının Hyuston şəhərində güclü partlayış baş verib.

Oxuməni.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə şəhər polisi “Twitter” səhifəsində bəyan edib.

Baş verənlər müşahidə kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda partlayış anı və hava dalğasının təsirindən kameranın başqa istiqamətə dönməsi əks olunub.

“6abc” xəbər yayıb ki, yanğın hələ davam edir. Ətraf evlərin qapı və pəncərəsi yerindən çıxıb.

Hadisə nəticəsində azı bir nəfər xəsarət alıb, ölənlər barədə məlumat yoxdur.

Hadisənin konkret səbəbi hələlik məlum deyil. Sakinlər qaz iyindən şikayət edirlər.

Oxuməni.az