Paytaxt sakinindən narkotik və silah aşkarlanaraq götürülüb

Paytaxt sakinindən narkotik və silah aşkarlanaraq götürülüb

10 Aprel 2020 14:18
Bəyəndim (1) Bəyənmədim (0)

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N. Əmircanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 25 qramdan artıq tiryək və 6 qramdan artıq marixuana götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun Səbail rayonu ərazisindəki mənzilindən 295 qrama yaxın tiryək, 3 kiloqram 785 qram marixuana və “Reck Perfecta” markalı qaz tapançası aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxuməni.az