Rusiyada yeni koronavirus xəstəxanası qarşısında böyük növbə yaranıb-Video

Rusiyada yeni koronavirus xəstəxanası qarşısında böyük növbə yaranıb-Video

13 Aprel 2020 11:06
Bəyəndim (1) Bəyənmədim (0)

Şimal qonşumuz olan Rusiyada yeni koronavirusa (COVİD19) yoluxanların sayı sürətlə artmaqda davam edir. Moskva ətrafında yerləşən yeni koronavirus xəstəxanası qarşısında koronaviruslu xəstələri xəstəxanaya gətirən təcili yardım maşınlarından ibarət böyük bir növbə yaranıb.
Oxuməni.az-ın verdiyi məlumata görə, 11 aprel səhər yerli vaxtla saat 09.36-da xəstəxana qarşısında koronoviruslu xəstələri xəstəxanaya gətirən təxminən 60-62 təcili yardım maşını xəstələrin qəbulu üçün saatlarla gözləməli olublar. Koronaviruslu xəstələri xəstəxanaya gətirən təcili yardım maşınlarının sayı isə həmin müddət ərzində durmadan artmaqda davam edib.

Oxuməni.az bununla bağlı videonu oxucularına təqdim edir.

Səttar Zamanov, Oxuməni.az-ın Rusiya üzrə nümayəndəsi