Mingəçevirdə maşın 6 nəfəri vurdu

Mingəçevirdə maşın 6 nəfəri vurdu

13 İyun 2020 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə bir nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.

DİN Mətbuat Xidmətindən Oxuməni.az-a verilən məlumata görə, iyunun 12-də saat 16 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri T.Mövlamovun idarə etdiyi “Hunday” və K.Ağayevin idarə etdiyi “Mersedes” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirən “Mersedes” markalı avtomobil yolun kənarında dayanmış 6 nəfəri vurub və elektrik dirəyinə dəyib.

Dirəyin aşması nəticəsində Ağdam rayon sakini Təzəgül Abbasova hadisə yerində ölüb, şəhər sakinləri olan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxuməni.az