Özbək spikerin Kremldə “vurulması” – Nəsrəddinovanın “qələm”ini qələm ustası Rəşidov qırıb

Özbək spikerin Kremldə “vurulması” – Nəsrəddinovanın “qələm”ini qələm ustası Rəşidov qırıb

2 Aprel 2023 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

1974-cü ildə onun SSRİ Ali Soveti Millətlər Şurasına sədrlik müddəti sona çatıb. Şuranın sonuncu iclasından sonra SSRİ Ali Soveti Rəyasət heyətinin sədri Nikolay Podqornı Yadgar Nəsrəddinovanı kabinetinə dəvət edib:

- Siyasi Büro belə qərara gəlib ki, sizi Millətlər Şurasında ikinci müddət sədr saxlayaq.

- Mən sizin etimadınızı doğrultmağa çalışacam – deyə, Yadgar Nəsrəddinova Podqornıya minnətdarlığını bildirib.

Ядгар_Садыковна_Насриддинова.jpg (50 KB)

Bir neçə gündən sonra məsələnin müzakirəsi Siyasi Büroya çıxarılıb. Büro üzvlərinin əksəriyyəti əvvəlcədən kimin seçiləcəyi haqqında məlumatlı olublar. Bir neçə büro üzvü formal olaraq Nəsrəddinovanın vahid namizədliyini təklif edib. Amma məsələ heç də düşünüldüyü kimi rahatlıqla sona çatmayıb. İclasda Siyasi Büro üzvlüyünə namizəd, Özbəkistanın birinci katibi Şərəf Rəşidov söz istəyib. Brejnevlə yaxınlığı ilə seçilən birinci katibə söz verilib:

- Özbəkistan bu təklifin əleyhinədir.

Rəşidovun öz həmyerlisinin yüksək vəzifədə saxlanmasına belə konkret etirazı Podqornını təəccübləndirib:

- Necə yəni əleyhinədir? Nəsrəddinova bu illər ərzində olduqca məhsuldar işləyib.

Ck2.jpg (123 KB)

Rəşidov qarşısında olan qovluğu havaya qaldıraraq Podqornının cavabını verib:

- Biz sizə Nəsrəddinova və onun fəaliyyəti haqqında istənilən qədər sənəd təqdim etməyə hazırıq.
Beləliklə, Nəsrəddinovanın ikinci müddət Millətlər Şurasına sədr seçilməsi baş tutmayıb. Özünün də sonralar söylədiyi kimi, o, həmişə Rəşidovun boğazında sümük kimi ilişib qalıb...

Yadgar Nəsrəddinova 1920-ci ildə Özbəkistanın Kokand şəhərində anadan olub. Uşaq yaşlarından valideynlərini itirdiyindən o, 1931-ci ildən uşaq evində böyüyüb. Orta təhsilini başa vurduqdan sonra Nəsrəddinova Daşkənd Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsil alıb.

Nəsrəddinova 1942-ci ildən komsomol orqanlarında çalışıb, Özbəkistan komsomol komitəsində məktəblər üzrə katib, Daşkənd vilayət komsomol komitəsinin birinci katibi, Özbəkistan komsomol komitəsinin ikinci katibi vəzifələrini daşıyıb.

ria-5794792-preview.jpg (152 KB)

1950-ci ildə Nəsrəddinova partiya orqanlarına keçirilib, Daşkəndin Kirov rayonunun birinci katibi vəzifəsində işləyib. 1952-ci ildə isə onu Özbəkistanın tikinti materialları sənayesi naziri vəzifəsinə təyin ediblər.

Nəsrəddinovanın vəzifə karyerasında sürətələ irəliləməsini Özbəkistan rəhbərliyi çox da rahatlıqla qəbul edə bilməyib. SSRİ Ali Sovetinin deputatı kimi onun Moskvada çıxışları, ölkə rəhbərliyinin ona göstərdiyi xüsusi hörmət, hətta 1954-cü ildə Nikita Xruşov ilk dəfə ölkə başçısı kimi Çinə xarici səfərə gedəndə nümayəndə heyətinin tərkibinə Nəsrəddinovun da daxil edilməsi respublikada qısqanclıqla qarşılanıb.
Məhz həmin səfərdən sonra Xruşovun təşəbbüsü ilə Nəsrəddinova Özbəkistan Nazirlər Soveti sədrinin müavini vəzifəsini tutub. 1959-cu ildə isə o, yenə də Xruşovun təşəbbüsü ilə Özbəkistan Ali Soveti Rəyasət Heyətinin sədri seçilib. Bu vəzifədə o, Rəşidovu əvəzləyib. Bu çür irəliləyiş Rəşidovu ciddi şəkildə narahat edib, birinci katib Nəsrəddinovanı öz yerinə real namizəd kimi görüb.

Ck1.jpg (95 KB)

Xruşovun hakimiyyətdən devrilməsi Rəşidovun narahatlığını xeyli azaldıb. Brejnevlə dostluq münasibətləri birinci katibin mövqelərini möhkəmlədib. Amma Nəsrəddinova ilə hər gün üz-üzə gəlmək, respublikda hakimiyyəti bölüşmək Rəşidov üçün arzuolunan hal sayılmayıb. Məhz 1970-ci ildə SSRİ Ali Soveti Millətlər Şurasına sədr seçkisində Nəsrəddinovanın namizədliyi Rəşidovun ürəyincə olub. Belə ki, onun bu vəzifəyə seçilməsi və respublikadan uzaqlaşması Rəşidovun Özbəkistanda mütləq hakimliyini tam təmin edib.

1974-cü ildə Nəsrəddinovanın Millətlər Şurasına ikinci müddət sədr seçilməsinə əngəl törədiləndən sonra ona Özbəkistanda hansısa bir vəzifənin verilməsi müzakirə olunub. Bu məsələni Brejnevlə Rəşidov ikilikdə həll ediblər. Rəşidov Nəsrəddinovanın Özbəkistana qayıtmasına imkan verməyib. Brejenvin təklifi ilə o, SSRİ tikinti materialları sənayesi nazirinin müavini vəzifəsinə təyinat alıb və 1979-cu ildə bu vəzifədən təqaüdə göndərilib.

Rəşidov Nəsrəddinova narahatlığından tam qurtulsa da, yenə onu rahat buraxmayıb. Hələ Brejnevin hakimiyyəti dövründə “pambıq işi” araşdırılanda Nəsrəddinovanın da adı bu işdə hallanıb. Maraqlı məqamlardan biri isə odur ki, Brejnevin vəfatından sonra Rəşidov “pambıq işi”ndə əsas fiqurlardan biri sayılıb. Qeyd edək ki, Rəşidova “pambıq işi”nin sonunu görmək qismət olmayıb. O, 31 oktybar 1983-cü ildə müəmmalı şəkildə ürəktutmasından vəfat edib.

nasriddinova_ys-768x399.jpg (250 KB)

1988-ci ildə təqaüddə olan Nəsrəddinova “pambıq işi” ilə bağlı Kommunist Partiyasından xaric edilib. Amma o mübarizəsini, “pambıq işi”ndə heç bir günahı olmadığını sübut etmək etmək üçün bütün güc və imkanları ilə çalışıb. Nəhayət, 3 aprel 1991-ci ildə Nəsrəddinovaya qarşı ittihamlar təsdiqini tapmadığından o, yenidən partiya sıralarına bərpa edilib.

Yadgar Nəsrəddinova 2006-cı ildə 85 yaşında vəfat edib. O, Moskvada, Kuntsevo qəbirstanlığında dəfn olunub. Musavat.com