ABŞ-da keçirilən prezident seçkilərində Harris, yoxsa Tramp qalib gələcək?

ABŞ-da keçirilən prezident seçkilərində Harris, yoxsa Tramp qalib gələcək?

5 Noyabr 09:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün ABŞ-da Ukraynadakı münaqişənin və Avropa ilə ABŞ-ın münasibətllərinin, həmçinin NATO-nun gələcəyinə aydınlıq gətirəcək prezident seçkiləri keçirilir. Prezident kürsüsü uğrunda mübarizə demokratların namizədi Harrislə eks prezident Tramp arasında gedəcək. Prezident seçkiləri ərəfəsində namizədlər arasında olduqca gərgin mübarizə gedib. Tərəflərin seçicilərlə görüşləri göstərib ki, hər iki namizədin prezident seçilməsi imkanları demək olar bərabərdir. Bunu seçicilər arasında arasında keçirilən rəy sorğuları da bir daha təsdiq edir

Məsələn, NBC-nin 30 oktyabr-2 noyabr tarixlərində keçirilən rəy sorğusuna əsasən, Harris və Trampın hər biri 49% dəstək qazanıb.

Digər sorğular da çox oxşar nəticələr verib. Belə bir şəraitdə ABŞ əhalisinin 330 milyondan çox olduğunu nəzərə alanda seçkinin taleyini bir neçə min səsin müəyyən edəcəyi gözlənilir.

Onu da deyək ki, ABŞ-da səslər əl ilə deyil, xüsusi maşınlar vasitəsilə hesablanır, buna görə də seçki məntəqələrində səsvermənin nəticəsi səsvermə başa çatdıqdan sonra çox vaxt bir neçə saat ərzində məlum olur.

Əvvəlki seçkilərin təcrübəsi göstərir ki, qalib haqqında ilkin məlumatlar ABŞ-ın şərq vaxtı ilə 23:00 radələrində məlum olur.

Seçkilərin nəticələri nəinki ABŞ, həm də Avropa və NATO-nun gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır. Harris prezident seçiləcəyi təqdirdə Avropa və NATO ilə ABŞ arasında münasibətlərin əvvəlki qaydada davam edəcəyi, Ukraynaya Rusiyaya qarşı mübarizədə hərbi yardım göstəriləcəyi gözlənilir.

Tramp qalib gələcəyi təqdirdə isə Avropa-ABŞ münasibətlərində ciddi probblemlər yaranacağı və hətta bunun NATO-nun dağılmasına gətirib çıxaracağı ehtimal edilir. Bundan əlavə Tramp prezident seçiləcəyi təqdirdə Rusiyanın Ukrayna müharibəsində qalib gələcəyi, Kremlin yenidən Avropa və dünya üçün böyük təhlükə mənbəyinə çevriləcəyi istisna edilmir.

Konkret olaraq Azərbaycana gəlincə, namizədlərdən hər hansı birinin qalib gəlməsinin Bakı ilə Vaşinqton münasibətlərindəki mövcud gərginliyi azalda bilməyəcəyini göstərir. Belə ki, həm Tramp, həm də Harris seçki kampaniyası zamanı mövcud olmayan "Dağlıq Qarabağ" münaqişəsində Ermənistanı dəstəklədiklərini bəyan ediblər. Necə deyərlər ilanın ağına da, qarasına da lənət.

Əziz Mustafa