Ermənilər Fransada qambiyalı gənci vəhşicəsinə qətlə yetiriblər

Ermənilər Fransada qambiyalı gənci vəhşicəsinə qətlə yetiriblər

8 İyun 2021 22:10
Bəyəndim (0) Bəyənmədim (1)

Fransanın Sent-Etyen şəhərində 3 erməninin törətdiyi qətl hadisəsinə etiraz nümayişi keçirilib.

Oxuməni.az xəbər verir ki, xislətlərini gizlədə bilməyən 28, 32 və 63 yaşlı 3 erməni 26 yaşlı qambiyalı gəncə dörd bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisə yerli sakinlərin gözü qarşısında baş verib.

Ətrafdakı sakinlərin telefon vasitəsi ilə çəkib, sosial şəbəkələrdə paylaşdıqları videodan ermənilərin qəddarlığı aydın görünür. Videodan məlum olur ki, ermənilər bıçaqla yaralayaraq yerə yıxdıqları qambiyalı gənci sonradan təpikləyiblər.

Bildirilir ki, hadisə irqçilik zəminində baş verib. Bu gün afrikalılar ermənilərin törətdikləri qətl hadisəsinə etiraz nümayişi edərək, qətlə yetirilmiş qambiyalı Yusuf üçün ədalət tələb ediblər. Nümayişə Sent-Etyen şəhər merinin də qatıldığı qeyd edilir.