Beyləqanski Danabaşı öldürdü, “oğru” titulu aldı - Azərbaycanlı “qanuni oğrular”la bağlı ŞOK FAKTLAR

Beyləqanski Danabaşı öldürdü, “oğru” titulu aldı - Azərbaycanlı “qanuni oğrular”la bağlı ŞOK FAKTLAR

25 İyul 2021 21:24
Bəyəndim (0) Bəyənmədim (0)

Cinayət dairələrində Hacı Beyləqanski kimi tanınan Hacıbaba Talıbxanlı, Rusiya cinayət aləminin lideri Aslan Usoyanın (Ded Hasan) ən yaxın köməkçisi və müşaviri İlqar Əliyevin (Danabaş) qətlinə görə oğru rütbəsi alıb.

Oxuməni.az xəbər verir ki, bu barədə ədliyyə polkovniki, Rusita İstintsaq Komitəsinin Moskvanın Şimal-Qərb dairəsi üzrə İstintaq idarəsinin rəhbəri Aleksey Pişulin məlumat verib.

“Qanuni oğru” İlqar Danabaş 2012-ci il aprelin 19-da Moskvanın mərkəzində Presnenski Val küçəsində öldürülüb. Üstündən bir ildən az keçməmiş, 2013-cü ilin yanvarında Rusiya paytaxtında killer Ded Hasanı güllələyib. Onun dəfnindən az sonra hüquq-mühafizə orqanlarına daxil olan operativ əməliyyat məlumatları nəticəsində Ded Hasanın sağ əlinin – Danabaşın öldürülməsinin üstünün açılmasına imkan yaranıb.

“İstintaq müəyyənləşdirib ki, 2012-ci ilin dekabr ayında Rövşən Lənkəranski Birləşmiş Ərəb Əmirliklərindəki toplantı zamanı o vaxt 30 yaşı olan və indi Hacı Beyləqanski kimi tanınan Hacı Hacı Talıbxanlını taclandırıb. Lənkəranski həmin tədbirdə açıq şəkildə söyləyib ki, Hacı ona yaxın adamdır, Danabaşı məhv etdiyinə görə “qanuni oğru” tituluna layiqdir”, - Pişulin vurğulayıb. Onun sözlərinə görə, istintaq zamanı məhz Hacı Beyləqanski Danabaşın ölümündən sonra Moskva regionundakı meyvə və tərəvəz bazalarını tamamilə nəzarətinə götürdüyü də müəyyənləşdirilib.

2018-ci il iyunun 13-də xəbər yayılıb ki, “qanuni oğru” Hacı Beyləqanski Moskvada qadın təcridxanasına yerləşdirilib. Bundan əvvəl, mayın 31-də isə 36 yaşlı Beyləqanskini Moskva Cinayət Axtarış İdarəsinin əməkdaşları “Ağ ev” restoranında saxlamışdılar. Onunqadın təcridxanasına yerləşdirilməsinin səbəbi mümkün hücumlardan qorumaqla izah olunurdu.

İstintaqın versiyasına görə, saxlanılan Beyləqanski 2012-ci ilin aprelində Moskvanın mərkəzində tapançadan atəş açmaqla kriminal avtoritet İlqar Danabaşı qətlə yetirib