Deputatın polisi döydüyü təsdiqləndi - DİN prokurorluğa müraciət etdi

Deputatın polisi döydüyü təsdiqləndi - DİN prokurorluğa müraciət etdi

30 İyul 2021 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun sərxoş vəziyyətdə Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktı təsdiqlənib.

Oxuməni.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib. DİN rəsmisi deputatın karantin qaydalarını pozduğunu deyib:

“İnsident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib”.