Ağstafada 2 qardaş bıçaqlanıb, onlardan biri ölüb

Ağstafada 2 qardaş bıçaqlanıb, onlardan biri ölüb

13 Sentyabr 2021 06:24
Bəyəndim (0) Bəyənmədim (0)

Ağstafada törədilmiş ağır cinayətin bəzi təfərrüatları məlum olub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, rayonun Köçəsgər kəndində yerləşən kafelərin birində düşən mübahisə zəminində, Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.