İranyönümlü  “Hüseyniyyun”un tərkibində döyüşən terrorçu 8 il müddətinə azadlıqdan məhrum edilib

İranyönümlü “Hüseyniyyun”un tərkibində döyüşən terrorçu 8 il müddətinə azadlıqdan məhrum edilib

25 Sentyabr 2021 11:41
Bəyəndim (0) Bəyənmədim (1)

Ölkə xaricində qanunsuz silahlı birləşmələrdə döyüşməkdə və onun fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Faliq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Oxuməni.az xəbər verir ki, hökmə əsasən, Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Faliq Vəliyev Cinayət Məcəlləsinin 12.1, 218.2 (cinayətkar birlikdə (təşkilatda) iştirak etmə), 12.3, 214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.

Faliq Vəliyevin Rusiya ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq 2020-ci il avqustun 27-də Azərbaycana ekstradisiya olunub.

O, “Hüseyniyyun” adlı qanunsuz silahlı birləşmənin tərkibində döyüşdüyü ortaya çıxıb.