Azərbaycanda ağır cinayətlər törədən 3 qardaş tutuldu

Azərbaycanda ağır cinayətlər törədən 3 qardaş tutuldu

25 Noyabr 2021 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkir rayonunda ağır cinayətlər törətməkdə ittiham olunan Şəmkir sakinləri saxlanılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Şəmkir rayon polis şöbəsinin və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə), 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 228 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirli bilinərək axtarışda olan Şəmkir rayon Şiştəpə kənd sakinləri - Zaur, Bəylər və Zabil Aslanov qardaşları saxlanılıblar.

Polis əməkdaşları həmin qardaşların yerini Bakı şəhərində müəyyən edərək Bakı şəhər Nizami rayon Polis İdarəsinə gətiriblər.