Bərdədə əməliyyat: Həbs olunanlar var

Bərdədə əməliyyat: Həbs olunanlar var

1 Dekabr 2021 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Daxil olmuş məlumat əsasında rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvəllər məhkum edilmiş Asəf Mirzəyev saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman külli miqdarda “patı” adlandırılan psixotrop maddə-metamfetamin və heroin aşkar edilərək götürülüb.

Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbirində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Xətai Quliyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə rayon polis şöbəsində araşdırmalar davam edir.


Müəllif: Hacı Zeynalov