Taksi sürücülərindən müştərilərə əxlaqsız təkliflər çoxdur - DİN + VİDEO

Taksi sürücülərindən müştərilərə əxlaqsız təkliflər çoxdur - DİN + VİDEO

4 Dekabr 2021 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin xanım sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər paylaşılır.

Həmin xanımlar üzləşdikləri belə hallarla bağlı polisə şikayət ediblərmi?

Yenisabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, qeyd edilən görüntülər ictimailəşdikdən sonra DİN-in 102 zəng mərkəzinə, polis orqanlarına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə xanım vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır:

“Müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.