Göyçayda  oğruluqla məğşul olanlar saxlanılıblar

Göyçayda oğruluqla məğşul olanlar saxlanılıblar

10 Yanvar 2022 09:35
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağaza və evlərdən silsilə oğurluqlar edən həmkəndlilər saxlanılıb.

Oxuməni.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dekabr-yanvar aylarında polisə müraciət edən zərərçəkmişlər onlara məxsus ərzaq mağazasından pul və tütün məmulatları, evlərdən məişət əşyaları, eləcə də su nasoslarının oğurlandığını bildiriblər.

Daxil olmuş müraciətlər əsasında keçirilən tədbirlərlə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Hüngütlü kənd sakinləri -Yalçın Qəribov və Qismət Hacıyev şübhəli şəxs qismində saxlanılıblar. Onlar ifadələrində əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdikləri məişət əşalarını dəyərindən ucuz qiymətə satdıqlarını, pulu isə öz aralarında böldüklərini bildiriblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, saxlanılan şəxslərin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.