Bakıda 32 yaşlı kişi bıçaqlanıb

Bakıda 32 yaşlı kişi bıçaqlanıb

7 Sentyabr 2022 06:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Oxuməni.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində, şərti olaraq “Südçülük sovxozu” adlanan ərazidə 1990-cı il təvəllüdlü Məlikov Loğman Arzu oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona soltərəfli döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.