Bakıda kişi ilə qadın bir-birini bıçaqlayıb, qadının gözü çıxıb

Bakıda kişi ilə qadın bir-birini bıçaqlayıb, qadının gözü çıxıb

16 Sentyabr 2022 06:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda kişi ilə qadın bir-birini bıçaqlayıb.

Oxuməni.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Şirəliyev Qurban Əli oğlu Maştağa qəsəbəsində evinə qonaq getdiyi Özbəkistan vətəndaşı olan qadınla mübahisə edib. Nəticədə qadınla kişi bir-birinə bıçaq zərbələri endiriblər.

Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Qadının ayaq, qarın, boyun və üz nahiyəsində bıçaq zərbələri aşkarlanıb. Bıçaq zərbələrindən biri qadının göz nahiyəsinə dəyib və onun gözü çıxıb.

Qurban Şirəliyev isə əl və üz nahiyəsindən bıçaq yaraları alıb.

Faktla bağlı araşdırma aparılır.