Rövşən Lənkəranskinin adamı İstanbulda öldürüldü

Rövşən Lənkəranskinin adamı İstanbulda öldürüldü

27 Oktyabr 2022 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə azərbaycanlı kriminal avtoritet Elnur Qasımov qətlə yetirilib.

Oxuməni.az xəbər verir ki, bununla bağlı APA-da yayılan məlumatda kriminal aləmdə "Qardaşoğlu" ləqəbli ilə tanınan Elnur Qasımovun İstanbulda Nicat adlı şəxs tərəfindən öldürüldüyü bildirilir.

Elnur Qasımov mərhum Rövşən Lənkəranski kimi tanınan Rövşən Canıyevin tərəfdarı olub.

Məlumata görə, Elnur Qasımovun qardaşı Emin Qasımov da kriminal aləmdə "Emin Naxçıvanski" kimi tanınır.

Qətli törədən Nicat adlı şəxsin mərhum qanuni oğru "Lotu Quli" kimi tanınan Nadir Səlifovun adamı olduğu bildirilir.

Elnur Qasımovun cənazəsi Bakıya göndəriləcək.