Ağcabədidə avtomatla gəzən şəxs tutuldu

Ağcabədidə avtomatla gəzən şəxs tutuldu

23 Yanvar 2023 23:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən avtomat aşkar edilib.

Oxuməni.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli rayon sakini Hüseyn Əhmədov saxlanılıb.

Onun yaşadığı ünvanda aparılan axtarış zamanı 1 ədəd "AK-74" markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri də aşkar edilib.

Faktlarla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırmalar aparılır.