Almaniyada qatarda iki nəfər bıçaqlanaraq öldürülüb
Almaniyada qatarda iki nəfər bıçaqlanaraq öldürülüb
Oxuməni.az xəbər verir ki,, Flensburq polisinin sözçüsü bildirib ki, ölən iki nəfərdən əlavə, daha 7 nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.
Almaniyada bıçaqlı şəxs regional qatarda sərnişinlərə hücum edib, iki nəfəri öldürüb, yeddi nəfəri yaralayıb.
Hadisə Şlezviq-Holşteyn federal əyalətində Kieldən Hamburqa gedən qatarda baş verib. Təcavüzkar 20-30 yaşlı kişi Brokştedt şəhərindəki qatar stansiyasında saxlanılıb, o da yaralı olduğu bildirilir . Marşrut boyu qatarların hərəkəti dayandırılıb.
Polis sözçüsü qeyd edib ki, vəziyyət qeyri-müəyyən olaraq qalır, hadisəni nəyə görə törətdiyini, hələ də məlum deyil.
Digər xəbərlər