İnterpol öldürülən 22 qadının şəxsiyyətini müəyyən etmək üçün ictimai yardım çağırıb

İnterpol öldürülən 22 qadının şəxsiyyətini müəyyən etmək üçün ictimai yardım çağırıb

11 May 2023 13:27
Bəyəndim (0) Bəyənmədim (0)

İnterpol 1976-2019-cu illər arasında Hollandiya, Belçika və Almaniyada qətlə yetirilən lakin şəxsiyyətləri məlum olmayan 22 qadının kimliyini müəyyən etmək üçün ictimaiyyətə müraciət edib. Əməliyyat çərçivəsində məşhurların iştirakı ilə tanıtım kampaniyası təşkil edilib.

Fransada yerləşən beynəlxalq polis qüvvəsi İnterpol 1979-2019-cu illər arasında Hollandiya, Belçika və Almaniyada qətlə yetirilən lakin şəxsiyyəti müəyyən edilə bilməyən 22 qadın üçün ictimayətə müraciət edib. İnterpol 22 qadının robot şəkillərini və hər bir qadının fiziki xüsusiyyətlərini, aksesuarlarını, geyimlərini və videolarını öz internet səhifəsində paylaşaraq şəxsiyyətin müəyyən edilməsi üçün “Məni Tanı” əməliyyatına başlayıb.

Qətlə yetirilən qadınların bəzilərinin Şərqi Avropanın müəyyən bölgələrindən gəldiyindən şübhələnən İnterpol, şəxsiyyətin müəyyən edilməsidə qatillər haqqında dəlil ola biləcəyini xüsusi vurğulayıb.

Murad Şahməmmədov