Beş aylıq körpənin ölüm səbəbi

Beş aylıq körpənin ölüm səbəbi

11 May 2023 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Dəhşətli hadisə ötən gün Türkiyədə Kastamonuda baş verib. Beş aylıq körpə Esmanur yatağında ölü tapılıb. Şübhəli ölümdə körpənin anası Yasəmən və sevgilisi Cahit nəzarətə götürülüb. Hadisə, keçən gün günorta saatlarında Kastamonu mərkəzində Topçuoğlu məhəlləsində yaşanıb. Əldə edilən məlumata görə, beş aylıq körpə qız Esmanur evdə yatağında ölü tapılıb.

Anası Yasəmən ilə eşq yaşadığı öyrənilən Cahit beş aylıq körpənin ölümünündə şübhəli kimi polis qrupları tərəfindən nəzarətə alınıb. Həyatını itirən beş aylıq Esmanurun cənazəsi yarılma müayinəsindən sonra Taşköprü rayonunun Ayvalı kəndində torpağa tapşırılıb. Yarılma müayinəsində edilən ilk təsbitlərə görə, küçük Esmanurun uzun müddət kifayət qədər qidalanmadığı və baxımsızlıq üzündən öldüyü öyrənilib.

Hakim qarşısına çıxarılan Yasəmən və Cahit həbs edilərək, Kastamonu Ədliyyəsinə sövq edilib.

İşin istintaqı davam etdirilir.

Murad Şahməmmədov