Uşaq dünyaya gətirən 15 yaşlı qadın körpəsini boğaraq zibil qabına atıb

Uşaq dünyaya gətirən 15 yaşlı qadın körpəsini boğaraq zibil qabına atıb

12 May 2023 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədə yaşayan Paris Mayo 15 yaşında valideynləri evdə olarkən uşaq dünyaya gətirib. Mayo daha sonra uşağını boğaraq onu zibil qabına atıb. Paris Mayo 15 yaşında valideynləri evdə yuxarı mərtəbədə olarkən, gizlin şəkildə uşaq dünyaya gətirib. O, dünyaya gətirdiyi körpəni boğduqdan sonra körpənin boğazına pambıq dolduraraq zibil qabına qoyub. Ertəsi gün səhər Mayonun anası evdən çıxıb zibil atarkən, cansız körpə meyitini görüb və həyəcanlı şəkildə polisə müraciət edib. Hadisə yerinə gələn polis qrupları Paris Mayonu şübhəli kimi saxlayıblar. Qatil ana hamilə olduğunu və körpənin doğulduğunu etiraf etsə də, körpənin boğularaq öldüyünü gizlətməyə çalışıb.

Məhkəmə Paris Mayonu törətdiyi qətldə təqsirli bilib və qətlə görə dərhal həbs edib. İstintaq əlavə araşdırmalara görə davam etməkdədir.

Murad Şahməmmədov