Ukrayna Ali Məhkəməsinin keçmiş rəhbəri uzunmüddətli həbs cəzasına məhkum ediləcək

Ukrayna Ali Məhkəməsinin keçmiş rəhbəri uzunmüddətli həbs cəzasına məhkum ediləcək

19 May 2023 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın ali Antikorrupsiya Məhkəməsi həbs şəklində Ukrayna Ali Məhkəməsinin keçmiş rəhbəri Vsevolod Knyazevə qarşı qətimkan tədbiri seçdi.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatının yaydığı məlumatda deyilir.

Seçilmiş qətimkan tədbiri iyulun 14-dək həbs şəklində müəyyən edilib.

Ukraynanın "Suspilne" qəzetinin müxbiri xəbər verir ki, məhkəmə həmçinin müəyyən edib ki, həbsə alternativ 107 milyon qrivna (təxminən 2,9 milyon dollar) məbləğində girov qoymaq ola bilər.

Hüquq-mühafizə orqanları Knyazevi korrupsiyada ittiham edirlər. Axtarış zamanı onun evindən istintaqın rüşvət olaraq aldığını düşündüyü təxminən 2,7 milyon dollar tapılıb.

Əziz Salamoğlu, Oxuməni.az