Dəhşətli qətllərin təfərrüatları

Dəhşətli qətllərin təfərrüatları

30 May 2023 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada yaşayan Trabzonlu Çağla Dərəli və 2 uşağı bıçaqla öldürülmüş halda tapılıb. Hadisə ilə bağlı Dərəlinin keçmiş həyat yoldaşı saxlanılıb. Fransanın Dreux şəhərində yaşayan Trabzonlu Çağla Dərəli, qızı Selinay və oğlu Ata yaşadıqları evdə bıçaqla öldürülmüş vəziyyətdə tapılıb. Kar və nitq qüsurlu olan qadının keçmiş həyat yoldaşı hadisə ilə bağlı nəzarətə alınıb. Məlum olub ki, şübhəli şəxs sosial şəbəkədə işarət dilində video paylaşıb. Hadisə Fransanın Dreux şəhərində baş verib. Fransada yaşayan və Trabzonun Arsin rayonunda qeydiyyatda olan Çağla Dərəlidən xəbər ala bilməyən qohumu çilingər çağıraraq evə daxil olub. Evdə gənc qadın, qızı Selinay və oğlu Ata qan içində hərəkətsiz vəziyyətdə tapılıb. Fransa polisinin araşdırmasında ana və 2 uşağının evin bir otağında bıçaqla öldürüldüyü müəyyən edilib. Cənazələr dəfn edilmək üçün Trabzonun Arsin İlçesi İşıqlı Məhəlləsinə göndərilib.

Fransa polisinin başlatdığı istintaqda Çağla Dərəlinin Trabzonlu kar və danışma qabiliyyəti olmayan həyat yoldaşının 2 il əvvəl qızına qarşı zorakılıq iddiası ilə 12 ay həbs cəzası aldığı, ailəsi ilə ünsiyyət qurmadığı öyrənilərkən onun sosial şəbəkədə ailəsi ilə bağlı işarə dili ilə video paylaşdığı ortaya çıxıb.

Murad Şahməmmədov