Maşında üç saat qapalı vəziyyətdə qalan 11 aylıq körpə dünyasını dəyişib

Maşında üç saat qapalı vəziyyətdə qalan 11 aylıq körpə dünyasını dəyişib

2 İyun 2023 13:52
Bəyəndim (0) Bəyənmədim (1)

ABŞ-da inanılmaz bir hadisə baş verib. Florida ştatında ailəsi kilsədə ibadət mərasiminə qatılarkən 3 saat maşında qalan 11 aylıq körpə dünyasını dəyişib. Araşdırma nəticəsində məlum olub ki, körpə həyatını dəyişərkən maşında temperatur 46 dərəcəyə qədər yüksəlib.

Ştatın Palm Bay şəhərində polis, günün günorta saatlarında kilsənin qarşısında park edilmiş avtomobildə körpənin tapıldığı barədə xəbər aldıqlarını söyləyib.

Hadisənin fərqinə varıldıqdan dərhal sonra xəstəxanaya aparılan körpənin xəstəxanada dünyasını dəyişdiyi açıqlanıb. 3 saat nəqliyyat vasitəsində qalan 11 aylıq körpənin ailəsinin kilsəyə rəhbərlik etdiyi bildirilib. Havanın temperaturunun təxminən 30 dərəcə olduğu Palm Bayda nəqliyyat vasitəsinin içərisindəki temperaturun 46 dərəcəyə yüksəlmiş ola biləcəyi bildirilib. Bildirilib ki, hadisədə səhlənkarlığa yol vermiş şəxslər barəsində hələlik həbs-qətimkan tədbiri seçilməyib, istintaq davam edir.

Murad Şahməmmədov