Altı aylıq körpə dəhşətli şəkildə ölüb

Altı aylıq körpə dəhşətli şəkildə ölüb

8 İyun 2023 14:17
Bəyəndim (0) Bəyənmədim (1)

Belçikanın Şarlerua şəhərində qan donduran hadisə baş verib. Ölkə mətbuatında yer alan xəbərlərə görə, xəstəxana işçisi olan ana işə gələrkən körpəsini uşaq bağçasına qoymağı unudub. Maşında günəşin altında unudulan körpə boğularaq ölüb. Maşında qapalı vəziyyətdə qalan 6 aylıq olduğu bildirilən körpə saat 17.30 radələrində insanların diqqətini çəkib. Hadisə yerinə dərhal polis çağırılıb və ilk tibbi yardım qrupları gəlsə də, araşdırmalar nəticəsində səhər saatlarından avtomobildə günəşin altında qalan körpənin öldüyü müəyyən edilib.

Körpənin dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün yarılması gözlənilir. Hadisə ilə bağlı araşdırma başlanılıb.

Murad Şahməmmədov