Kolumbiyada 5 tondan çox kokain müsadirə edilib
Kolumbiyada narkotik qaçaqmalçılarına qarşı keçirilən əməliyyatlarda 5 tondan çox kokainin ələ keçirildiyi bildirilib.
Ölkənin Narino, Putumayo və Şimali Santander bölgələrində həyata keçirilən əməliyyatlarda 5 tondan çox kokain, iki laboratoriya və qeyri-qanuni istifadə edilən anbarlar məhv edilib.
Verilən açıqlamada, mütəşəkkil cinayət təşkilatlarına böyük zərbə vurulduğu bildirilib, "Bütün bu materiallar mütəxəssis qrupların iştirakı ilə nəzarətli şəkildə məhv edilib. Narkotik qaçaqmalçılarına milyardlarla Kolumbiya pesosu dəyərində iqtisadi zərbə vuruldu”- bəyanat belə səsləndirilib.
Bildirilib ki, əməliyyatlar hava və quru qoşunları ilə birgə həyata keçirilib. Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabından əməliyyat keçirən narkotik qruplarını təbrik edib...
Murad Şahməmməd




















































.jpg)










































