Mafiya lideri futbola olan sevgisi səbəbindən gözlənilmədən yaxalanıb
İtaliyada 11 ildir axtarışda olan 100 ən təhlükəli qaçaq siyahısında olan mafiya lideri Vinçenzo La Porta futbola olan sevgisi səbəbindən gözlənilmədən yaxalanıb.
İtaliya A Seriyasında "Napoli" 33 ildən sonra çempion olub. “Napoli” azarkeşləri 33 ildən sonra qazanılan qələbəni həm İtaliyada, həm də onun hüdudlarından kənarda coşqu ilə qeyd ediblər. Lakin bu şənliklər 11 il axtarışda olan mafiya liderinin başını yandırıb.
Neapol mərkəzli Camorra mafiyası ilə əlaqəsi olduğu deyilən 60 yaşlı La Porta Yunanıstanın Korfu adasındakı restoranda komandasının çempionluq qeyd etmələri zamanı çəkilmiş foto sayəsində müəyyən edilib.
Təhlükəsizlik qüvvələrinin açıqlamasına görə, Vincenzo La Porta sosial mediada yayımlanan fotolarda Neapol şərfi və papağı ilə görüntülənib.
"Ona xəyanət edən futbola və "Napoli"yə olan həvəsi idi. La Porta" çempionluq qələbəsinə müqavimət göstərə bilmədi", - bəyanatda belə deyilir.
Fotoşəkillərlə izlənilən və maliyyə əməliyyatlarını izləyən La Porta ötən cümə günü həbs edilib.
İtaliya mətbuatında çıxan xəbərlərə görə, La Porta Yunanıstanın Korfu adasında elektrikli velosiped sürərkən yaxalanıb.
Qaçaq italiyalının bir müddət adada bir restoranda aşpaz olduğu və Yunanıstanda ailə həyatı qurduğu, 9 yaşlı övladının olduğu bildirilir.
Vincenzo La Porta İtaliya mətbuatında Camorra klanlarından biri olan Contini-nin “ağ yaxalı” üzvü kimi qələmə verilir.
İtaliya cinayət təşkilatına üzvlük, vergidən yayınma və fırıldaqçılıq kimi cinayətlərə görə 14 il həbs cəzası alan La Portanın ekstradisiyasını istəyir.
Murad Şahməmməd




















































.jpg)










































